Ermənistanın şəksiz məğlubiyyəti…

image-ilham-eliyev1backend

“Daim işğalçı, faşizm düşüncəsi ilə yaşayan, bunu dövlət siyasətinə çevirən Ermənistan növbəti dəfə həm milli, həm ideoloji, həm də hərbi-siyasi baxımdan Azərbaycana məğlub oldu.

44 günlük Vətən müharibəsində darmadığın edilən Ermənistan ordusunun qalıqları sonrakı dövrlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarla zərərsizləşdirildi. Amma Ermənistan yenə də öz ampluasından əl çəkmədi, təxribatlar törətməyə, revanşist addımlar atmaqdan çəkinmədi.

Nəhayət 19 sentyabrda Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başladı və əməliyyatların başlamasının 24 saatı tamam olmadan separatçılar ağ bayraq qaldırdılar və Azərbaycanın şərtləri ilə danışıqlara başlamağa hazır olduqlarını bəyan etdilər. Bildirək ki, bu gün – 21 sentyabrda Yevlax şəhərində Qarabağın erməni əhalinin nümayəndələri ilə rəsmi Bakının nümayəndələri arasında görüş keçirilib. Görüşün nəticələri ilə bağlı danışan rəsmilər müsbət mesajlar verib.

Bütün bunlar bir daha Ermənistanın növbəti məğlubiyyət tarixinə yazıldı. Prezident İlham Əliyev də ötən gün xalqa müraciətində baş verənləri Ermənistanın şəksiz məğlubiyyəti adlandırdı”.

 

Bakı Qızlar Universitetinin tələbəsi  Hüseynova Zəhra 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki