Ev axtaranlara ŞAD XƏBƏR – Qiymət UCUZLAŞDI – VİDEO

image-evaxtaranlarbackend

Yay ayı olduğu üçün Bakıda bina evlərinin kirayəsinə tələbat xeyli azalıb. Bu isə qiymətlərə təsir edib. Cəmi bir neçə ay əvvəl yüksək olan kirayə qiymətləri indi 150 manata qədər enib. Evlərin kirayə qiymətləri harada neçəyədir?

Paytaxtda bina evlərinin aylıq kirayə qiymətləri xeyli düşüb. Əvvəlki vaxtlarla müqayisədə qiymətlər 20 faizə qədər azalıb. Turist axınının hələ ki tam bərpa olunmaması, insanların yay aylarında daha çox bağ evlərinə və bölgələrə köçmələri, o cümlədən tələbələrin olmaması qiymətələ təsir edən əsas amillərdəndir.

Əmlak eksperti Nofəl Quliyev bildirir ki, ən ucuz kirayə evləri mərkəzdən kənar sayılan Binəqədi, Sabunçu və Suraxanı rayonlarındadır. Bu ərazilərdə indiki vaxtda hətta 150 manata da kirayə ev tapmaq mümkündür.

Şəhərin Nərimanov və Xətai rayonlarında isə qiymətlər digər ərazilərlə müqayisədə yüksək olsa da, ümumiyyətlə kirayə qiymətlərində ucuzlaşma var. Burada isə birotaqlı əşyalı evlərin kiaryə qiymətləri 280-300 manatdan başlayır.

Hazırda ən bahalı kirayə evlər Səbail və Nəsimi rayonları ərazisindədir. Xüsusilə dənizə yaxın olan birotaqlı bina evlərinin kirayə qiymətləri 450-500 manatdan başlayır.

Ekpert Nofəl Quliyev bildirir ki, qiymətlərdə enmənin sentyabra qədər davam edəcəyi gözlənir. O, tövsiyə edir ki, xüsusilə uzun müddət Bakıda qalmağı planlaşdıranlar, notarial qaydada 1 illik və ya daha uzun müddətə kirayə müqaviləsi bağlayaraq indiki qiymətlərə ev seçsinlər.

class=”fb-like fb_iframe_widget” data-href=”/news/1412187/ev-axtaranlara-sad-xeber.html” data-show_faces=”false” data-layout=”button_count”>

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90