Eyvandan yıxılan yeniyetməyə köməyə gəlməyən təcili yardım əməkdaşı işdən çıxarıldı

image-ambulans-jpg-pagespeed-ce-nbjx9nplrkbackend

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşı işdən çıxarılıb.

Busaat.az xəbər verir ki, bu barədə Bakupost.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev bildirib.

Onun sözlərinə görə, yayılan məlumatlardan sonra dərhal araşdırma aparılıb:

“Biz məsələni hərtərfli araşdırdıq. Həmin tibb işçisinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyi təsdiqləndi. Ona görə də o, işdən uzaqlaşdırıldı”.

Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.

TƏBİB isə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.
Eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki