Müasir dövrün çağırışlarına cavab verə bilən ziyalı nümunəsi axtarılarkən, Fərid Mustafayevin adı öz-özünə önə çıxır. Onun hayat yolu sadəcə yaşanmış illərin ardıcıllığı deyil, milli ideyalar uğrunda sərf olunmuş zəhmətin, elmi mübarizənin, cəmiyyətə və gəncliyə bəxş olunmuş əməyin cəmləşmiş tarixçəsidir.
39 yaşını tamamladığı bu gündə o, artıq cəmiyyətin tanınmış elmi və ictimai simalarından biri kimi formalaşmış, bir sıra strateji sahələrdə özünü təsdiqləmiş şəxsiyyət kimi yadda qalmışdır.
Fərid Mustafayevin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Torpaqşünaslıq və Aqrokimya İnstitutunda həyata keçirdiyi elmi araşdırmalardır. Onun elmi fəaliyyəti torpaq resurslarının dayanıqlı idarə olunması, şorlaşma və deqradasiya ilə mübarizə, meliorativ tədbirlərin optimallaşdırılması sahəsində fundamental və tətbiqi tədqiqatları əhatə edir. Əldə etdiyi nəticələr həm ölkə daxilində, həm də beynəlxalq elmi konfranslarda təqdim edilmiş, aktual problemlərə praktiki yanaşmalarla cavab vermişdir.
2025-ci ildə Torpaqşünaslıq və Aqrokimya institutunun 80 illik yubiley tədbiri isə onun təşkilatçılıq bacarığını bir daha təsdiqlədi. Bu möhtəşəm yubiley çərçivəsində Fərid Mustafayev tədbirin işçi qrupunun rəhbəri olaraq elmi konfransın, sərginin, kitab təqdimatının və müxtəlif elmi-ictimai tədbirlərin yüksək səviyyədə təşkilinə şəxsən rəhbərlik etmişdir. O, bu tədbirin heç bir texniki, inzibati və ya məzmun baximindan nöqsansız keçməsi üçün gərgin əmək sərf etmişdir.
Yubiley yalnız institutun tarixini əks etdirməmiş, həm də torpaq elminin gələcək inkişaf strategiyasıni müəyyənləşdirmişdir.
Xankəndi-Laçın yolunda keçirilmiş ekoloji etiraz aksiyalarının ilk günlərindən etibarən fəal şəkildə iştirak etmiş, bu prosesin təşkilati və ideoloji cəhətdən səmərli şəkildə hayata keçirilməsində mühüm rol oynamışdır. Aksiyanın başlandığı ilk günlərdə bölgədə hökm sürən sərt iqlim şəraiti və çətin məişət vəziyyəti iştirakçılar üçün ciddi sınaq idi.
Məhz bu şəraitdə Fərid Mustafayev həm əzmkarlıq, həm də təşəbbüskarlığı ilə seçilərək müxtəlif günlərdə sahə qruplarına rəhbərlik etmiş, aksiyanın intizamlı və məqsədyönlü şəkildə davam etdirilməsinə mühüm töhfə vermişdir. Aksiyanın əsas məqsədi Qarabağ ərazisində ekoloji nəzarətin təmin olunması, Azərbaycan dövlətinin ətraf mühitlə bağlı qanunvericiliyinin icrasına nail olmaq və ekoloji hüquqların qorunması idi.
Fərid Mustafayev bu hərəkatın ideoloji xəttinə sadiq qalaraq, ətraf mühitin mühafizəsinə dair maarifləndirmə işlərinin təşkili, informasiya paylaşımları və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində də aktiv fəaliyyət göstərmişdir.
Xüsusilə gecə saatlarında da davam edən aksiyalarda vətənpərvərlik ruhunu yüksəldən tədbirlərin təşkili, səsgücləndiricilər vasitəsilə çağırışların və musiqi parçalarının yayımlanması kimi təşəbbüslərin əsas ideya müəlliflərindən biri də Fərid Mustafayev olmuşdur. Onun fəaliyyəti bu aksiyanı sadəcə fiziki iştirak deyil, həm də ideoloji və psixoloji davamlılığa zəngin bir vətəndaş təşəbbüsünə çevirmişdir.
2017-2021-ci illər ərzində EIm və Təhsil Nazirliyinin Torpaqşünasliq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasına rəhbərlik edib, institut daxilində gənc elmi kadrların inkişafına və təşəbbüslərinin dəstəklənməsinə mühüm töhfələr verib.
2021-2022-ci illərdə isə beynəlxalq miqyasda – Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının Gənclər Bölməsinin prezidenti kimi fəaliyyət göstərərək, gənc torpaqşünaslar arasında regional və beynəlxalq əməkdaşlığın genişlənməsinə zəmin yaradıb.
2021-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP Yasamal rayon təşkilatı üzrə ərazi partiya qurumunda sədr müavini kimi ictimai-siyasi fəaliyyətini davam etdirir. Bununla yanaşı, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin, Həmkarlar İttifaqının və V.V. Dokuçaev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin fəal üzvüdür.
İctimai iştirakçılıq sahəsində də önəmli rol oynayaraq həm Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində həm də Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində 16 saylı Yasamal ikinci dairə üzrə 14 saylı seçki məntəqəsinin sədri vəzifəsini icra edib.
Hal-hazırda isə Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya institutunda Torpaqların meliorasiyası laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərməklə yanaşı, həm YAP ərazi təşkilatında sədr müavini, həm də 14 saylı seçki məntəqəsinin hazırkı sədridir.
Fərid Mustafayevin beynəlxalq elmi fəaliyyətləri də diqqətəlayiqdir. 2023-cü ildə Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının (FESSS) Azərbaycan üzrə keçirilən beynəlxalq tədbirində Təşkilat Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. Tadbir çərçivəsində 8 ölkədən 550-yə yaxın qonağın qarşılanması, yerləşdirilməsi və bütün protokol işlərinin təşkili onun peşkar idarəetmə və diplomatik bacarıqlarını ortaya qoymuşdur. Bu tədbirin uğurlu nəticələri regionda elmi əməkdaşlığın gücləndirilməsi baxımından önəmli olmuşdur.
Hazırda isə o, 2025-ci ildə Türkiyədə keçiriləcək FESSS Beynəlxalq Elmi Konqresinin Taşkilat Komitə sinin üzvü və Azərbaycan Respublikası üzrə əlaqələndirici şəxs kimi fəaliyyət göstərməkdədir. Bu vəzifə yalnız akademik bilik deyil, həm də regional əlaqələri gücləndirmək və Azərbaycan elmini beynəlxalq məkanda təmsil etmək kimi strateji məsuliyyətlər daşıyır. Onun fəaliyyəti yalnız elm sahəsi ilə məhdudlaşmır. Fərid Mustafayev Azərbaycan Respublikası Gəncləri Antinarkomaniya İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi gənclərlə maarifləndirici görüşlər, təlimlər və genişmiqyaslı tədbirlər təşkil etmiş, narkomaniyanın fiziki, psixoloji və sosial fəsadları haqqında elmi əsaslı çıxışlar etmişdir. O, gənclərlə işləməyi yalnız vəzifə kimi deyil, mənəvi məsuliyyət kimi qəbul edir.
Dövlətçilik mövqeyi baxımından da Fərid Mustafayev ardıcıl və möhkəm bir ideoloji xəttə malikdir. 0, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının fəal üzvü kimi Prezident İlham Əliyevin həyata keçirdiyi milli və beynəlxalq siyasətin izahında, Heydər Əliyev irsinin gənc nəslə ötürülməsində, ictimai tədbirlərin təşkili və təşviqində yaxından iştirak etmişdir. Fərid Mustafayevin elmi və ictimai qələm fəaliyyəti də geniş miqyas almışdır. O, bu günə qədar 500-dən çox ictimai-siyasi və sosial məqalənin, 50-dən çox elmi məqalənin müəllifi kimi tanınır.
Bu yazılar yalnız ölkə daxilində deyil, bir çox beynəlxalq elmi jurnallarda, platformalarda və media orqanlarında yayımlanmışdır. Xüsusilə Qarabağ Zəfəri, “Böyük Qayıdış” proqramı, Şuşa Media Forumları, Şuşa Bəyannaməsi və milli dövlətçiliyin hüquqi-fəlsəfi əsaslarını əks etdirən məqalələri ilə geniş auditoriya da ideoloji təsir yaratmışdır. O, eyni zamanda Qərbi Azərbaycan İrsinin təbliği istiqamətində aparılan fəaliyyətlərdə də mühüm rol oynamış, deportasiya olunmuş azərbaycanlıların tarixi, mədəniyyəti və irsinin işıqlandırılmasına həsr olunmuş bir sıra layihə və tədbirlərdə təşəbbüskar və aparıcı iştirakçı kimi çıxış etmişdir. Ermənistanın etnik təmizləmə siyasəti ilə bağlı elmi-siyasi təhlilləri, onun bu sahədəki mövqeyinin intellektual əsaslara söykəndiyini sübut edir.
Fərid Mustafayevin sosial mediada fəaliyyəti isə özlüyündə bir maarifləndirmə platformasına çevrilmişdir. Onun paylaşımları elmi, siyasi və ideoloji dəyərlərin vəhdatindən ibarətdir. Gəncləri düşünməyə, milli dəyərlərə bağlı olmağa və strateji baxış tərzi formalaşdırmağa yönəldilmiş bu fəaliyyətlərlə o, cəmiyyətin intellektual səviyyəsinə də təsir göstərməkdədir.
Bu gün 39 yaşını qeyd edən Fərid Mustafayev, sadəcə bir ad günü deyil, keçmişə hesabat və gələcəyə planla baxış üçün bir dönüş nöqtəsi yaşamaqdadır. Onun hayat yolu dövlətə, xalqa, elmə və gəncliyə xidmət anlayışının canlı təzahürüdür. Keçdiyi bu yol təkcə şəxsi uğurla deyil, həm də milli dəyərlərə bağlılıqlarla ölçülür.
O, artıq bir ziyalıdan daha çox, cəmiyyət üçün nümunə, dövlət üçün dəyər, elm üçün lokomotiv və gənclik üçün yolgöstərici simadır. Qarşıdakı illərdə də onun təşabbüsləri, tədqiqatları və ideyaları yalnız ölkə miqyasında deyil, beynəlxalq elmi-ictimai məkanlarda da uğurla səslənəcəkdir.
Hörmətlə: Busaat.az Media Qrupun redaksiya heyyəti