Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.60 $▲4.72%
  • WTI neft88.30 $▲3.55%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.343 $▲2.29%
  • Qızıl3 922 $▼1.46%
  • Gümüş50.54 $▼1.73%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda589.75 ¢▼1.95%
  • Bitcoin69 849 $▼1.96%
  • Ethereum1 982 $▼1.51%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Mədəniyyət

Xalq artistinin ruhi dispanserdə dünyasını dəyişən oğlu – Onun ölümünü anasından 40 gün gizlədilər

image-img_2454
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şəfiqə xanım yaradıcı və iş adamı olduğundan Taleh anası ilə yanaşı bir çox yaxınları tərəfindən qayğıya alınır. Uşaqlıqda hamının sevimlisi olur. Sonradan onu psixi dispanserə qədər sürükləyən ruhi halı el uşaqlıqda zədələnməyə başlayır. Taleh Hacıyevin uşaqlığı ilə bağlı sənət adamlarının bildiyi və sənət adamlarının arasından kənara çıxmayan çox dəhşətli, tükürpədən söhbətlər də dolaşır. Şayələrdən biri uşaq yaşlarında Taleyə təcavüz olunması ilə bağlıdır. Onun uşaqlıqda başına gələn hadisələr , həm cismani, həm ruhani olaraq həyatında dərin iz buraxır. Lakin həmin danışılan söz-söhbətin bu gün sadalanması bir neçə aspektdən etik olmadığına görə məsələdən yan keçirik. 

Şəfiqə xanım öz oğlunu “mənim taleyim” adlandırır. Hətta dillər əzbəri olan “Lay-lay” mahnısını oğluna həsr etdiyini bildirirdi.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və pianoçuluq fakültəsində təhsil alır. Taleh Hacıyev 18-20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayır. 

Taleh Hacıyevin yazdığı ilk mahnı əksər bəstəkarların bir ömür çata bilməyəcəyi bir zərvədə qərar tutur. Əksər dinləyicilərin sevib müəllifini bilmədiyi həmin qəmli mahnı Taleh Hacıyevə məxsusdur. Bəli, Taleh musiqi tarixinə elə bircə mahnısı ilə möhürünü vurub: “Belə qəmli dayanma…” İlk dəfə – 1976-cı ildə Flora Kərimova bu mahnını ifa edib. Daha sonra Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova ifa edib.

Dünyanın hansı ölkəsində, hansı qurşaqda yazşamasından asıllı olmayaraq həmin mahnını dinləyən bütün şəxslər, müəllifin keçirdiyi giziltidən xəbər tuta bilir.

Flora xanım müsahibələrindən birində deyir ki, Taleh çox tələbkar və musiqiyə əlahiddə həssaslıqla yanaşan bri imiş. Belə qəmli dayanma mahnısının ilk ifaçısı olan Flora xanım qeyd edir ki, mahnının yazılması prosesində Taleh Hacıyev olduqca tələbkarlıq nümayiş edib.  

“Qarabağa dolan bulud”, “Bəxtəvərlik nəğməsi”, “Bu sevda”, “Sənsiz yaman darıxmışam”, “Həyat sən nə şirinsən” mahnıları dövrün ən məşhur müğənniləri tərəfindən oxunub.

Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayır. Anası Şəfiqə Axundova tərəfindən yazılan ilk operanın konsertmeyestri olur. Opera və Balet Teatrında Şəfiqə Axundovanın “Gəlin qayası” operası səhnələşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayiət edir.

Xalq artisti Flora Kərimova Taleh Hacıyev haqqında danışanda onu “insan orkestr” adlandırır. Bu, o deməkdir ki, onun bir tək piano ifası böyük bir orkestri əvəz edirmiş.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169957