Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 755 $▲0.00%
  • Ethereum2 231 $▼0.23%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Kriminal

Ögey qızından əvvəl kommunal xidmətin işçisini zorlayıbmış...

image-zorlanma
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir müddət əvvəl Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 12 yaşlı qızın cəzaçəkmə müəssisəsində saxlanılan ögey atası ilə görüş zamanı cinsi zorakılığa məruz qalması barədə məlumat yayıb. Həmin paylaşım ictimaiyyətdə geniş rezonans yaratdı. Ardınca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayaraq azyaşlının müvəqqəti sığınacağa yerləşdirildiyini bəyan etdi.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qarışıq rejimli cəzaçəkmə müəssisələrindən birində baş verib.

Orada saxlanılan 43 yaşlı məhkum Şamo Rəsulov həmin 12 yaşlı qızın anası ilə nikahdadır. Bu səbəbdən qadın uzunmüddətli görüş üçün müəssisəyə gedərkən 12 və 7 yaşlı qızlarını da özü ilə aparıb. Faciə də belə başlayıb.

İddia olunur ki, üçgünlük görüş zamanı Şamo Rəsulov həyat yoldaşının yetkinlik yaşına çatmayan qızına cinsi zorakılıq edib.

Məlum olub ki, Şamo 3 il əvvəl elə zorlama cinayətinə görə məhkum edilibmiş. O, yaşadığı evə kommunal ödəniş toplamağa gələn Mənzil-Kommunal Təsərrüfat Departamentinin əməkdaşı olan orta yaşlı qadını zorlayıb. Bu əməlinə görə kişiyə 10 il həbs cəzası verilib. Ş.Rəsulov hökm qüvvəyə minən vaxtdan “zon”a köçürülüb.

Məsələ prokurorluğun nəzarətindədir, Xətai Rayon Prokurorluğunda araşdırma başlanılıb, dəlil və sübutlar toplanılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169894