Rəssam Tofiq Qaziyev vəfat edib.
Busaat.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Qeyd edək ki, Qaziyev Tofiq Tapdıq oğlu 1950-ci il dekabr ayının 17-də Əmircan kəndində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 2013-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.