Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 145 $▼0.77%
  • Ethereum2 322 $▼1.43%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Cəmiyyət

FHN yanğınsöndürənlərinə yeni marş həsr olunub

image-thumb

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi Orkestrinin solisti, peşəkar vokalist, gizir Anar İlhamlı yeni “Yanğınsöndürənlər marşı”nı təqdim edib.

Marş bütün yanğınsöndürənlərə həsr olunub.

Sözləri şair Rza bəy Mirzəbəyova, musiqisi Əliheydər Mirzəbəyova aid olan marş yanğınsöndürənlər tərəfindən rəğbətlə qarşılanıb. İfaçının sözlərinə görə, o, öz həyatlarını təhlükəyə, oda-alova ataraq, insanların həyatını xilas edən bu qəhrəman oğullara hər zaman mahnı həsr etməyi arzu edib və nəhayət, bu arzusunu reallaşdırmaq ona nəsib olub.

Qeyd edək ki, Anar İlhamlı 2010-cu ildən etibarən FHN Akademiyasında hərbi Orkestrin solisti ve musiqi təlimatçısı kimi xidmət edir. O, bir çox hərbi marş və vətənpərvər mahnılarin söz və musiqisinin də müəllifidir.

44 günlük Vətən müharibəsi ərəfəsində də ifaçı fəal çalışaraq “Azərbaycan bayrağı”, “Vətən”, “Vətən üçün doğulduq”, “Zəfər döyüşü” adlı mahnıları bəstələmişdir. İfaçi eyni zamanda sözləri Baba Vəziroğluna, musiqisi isə bəstəkar Kamala aid olan “Cənab Ali Baş Komandan” mahnısının da mahir ifaçılarından biridir. 20 ildir ki, peşəkar səhnədə fəaliyyət göstərən ifaçının repertuarında bəstəkar mahnı və romansları üstünlük təşkil edir.

Biz də, kollektivimiz adından daim əsgər, kursant və zabitlərin qarşısında fərqli konsert proqramları ilə çıxış edən vətənpərvər ifaçı Anar İlhamlıya sənətində müvəffəqiyyətlər arzu edirik.

 

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul