Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi

image-1731472525_1731450287431346703_1200x630jpg-1731475959backend
image-uzb_ads_desk

ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Busaat.az-ın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər Cənubi Qafqazda ləyaqətli və davamlı sülhün əldə olunmasının vacibliyini müzakirə ediblər.

Həmçinin telefon danışığı zamanı Livan və İsrail əhalisinin öz torpaqlarına qayıtmasını təmin edən BMT TŞ-nin 1701 saylı qətnaməsinin icrası, Qəzzada münaqişənin başa çatmasının və Fələstin əhalisinə humanitar yardımın çatdırılmasının vacibliyi müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki