Film kimi QƏTL:Özünü ölü kimi göstərmək üçün…

image-almanya-cinayet-1988792_2backend

Almaniyada  23 yaşlı qadın ailə problemləri səbəbindən özünü ölü kimi göstərmək üçün dostunun köməyi ilə özünə bənzəyən bir qadını öldürüb.

Busaat.az xəbər verir ki, Almaniyanın cənubundakı İnqolştadt şəhərində polis park edilmiş avtomobildə qadın cəsədi tapıb.

Qadının 50-dən çox bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

NBC News-a danışan polis sözçüsü Andreas Aichelenin verdiyi açıqlamaya görə, 23 yaşlı Şaraban ailə problemləri səbəbindən yeni həyata başlamağı planlaşdırdığı üçün instaqramda özünə çox bənzəyən qadını taparaq öldürüb.

Müayinədən sonra qurbanın  23 yaşlı əlcəzairli gözəllik bloggeri Xədicə O. olduğu müəyyən edilib.

Polisin məlumatına görə, iki qadın bir-birinə çox bənzəyirmiş. Onların ikisi də  qara dərisi, düz qara uzun saçları və xüsusilə ağır makiyajı ilə aşırı dərəcədə bir-birinə bənzəyib.

“Qurban 50-dən çox bıçaq zərbəsi ilə öldürülüb. Üzü tanınmaz vəziyyətdə idi” – polis bildirib.

Hadisə yerli media tərəfindən “ikili cinayət” adlandırılıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90