Rusiyadan Avropaya qaz nəqlinin məhdudlaşdırılması Avropa ölkələrini yeni enerji mənbələri axtarmağa sövq edir. Şimali Avropa ölkəsi Finlandiya isə həll yolunu Baltik dənizində tapıb.
Busaat.az xəbər verir ki, xüsusi istehsal olunan istilik nasosları sayəsində paytaxt Helsinkini qızdırmaq üçün temperaturu 2 dərəcə olan dəniz suyu istifadə olunacaq.
Ukrayna müharibəsindən sonra başlayan enerji böhranının öhdəsindən gəlmək üçün yanacaq asılılığından xilas olmaq istəyən ölkələrin sayı sürətlə artır. Təbii qaz təchizatında böyük çətinliklər yaşayan Avropa ölkələri yeni enerji mənbələrinə çatmaq üçün müxtəlif üsullara əl atırlar.
Finlandiya isə, paytaxt Helsinkidə evləri qızdırmaq üçün tamamilə yeni bir üsul sınayır.
Helsinkidə evlər Baltik dənizinin dərinliklərindən gələn su ilə qızdırılacaq. Şəhərin enerji şirkəti Finlandiya və İspan tikinti şirkətləri ilə birlikdə Baltik dənizinin dibindən Helsinkidəki enerji obyektlərinə soyuq su gətirəcək nəhəng tunellər inşa edir. Bu sudan yeraltı istilik nasosları vasitəsilə istehsal olunacaq elektrik enerjisi Helsinkinin 40% enerjisini təmin edəcək. Enerji şirkəti istilik nasoslarını gücləndirmək üçün nüvə və bərpa olunan enerjidən istifadə edəcək. Hazırda bu üsulla istilik yaratmaq üçün buz meydançasından istifadə edilir.
Dənizdən alınacaq 2 dərəcə soyuq su istilik nasosları ilə istilik enerjisinə çevriləcək. Bu gün Helsinkidəki binaların əksəriyyəti təbii qaz və ya kömür elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ilə qızdırılır. 2021-ci ilin məlumatlarına görə, Helsinki rayonlarının 75 faizi qalıq yanacaqlardan istifadə etməklə qızdırılır. Dəniz suyu layihəsi Helsinkinin 2030-cu ilə qədər sıfır karbon emissiyası hədəfinə çatmaq üçün bərpa olunan enerjiyə keçiddə mühüm addım olacaq.
400 milyon avro dəyərində olan layihənin başa çatması iki il çəkəcək. Sonra 5 il ərzində lazımi infrastruktur tikintisi başa çatdırılacaq. Dəmir yolları və tunellər tikən və layihənin tərəfdaşlarından biri olan İspaniya inşaat şirkətinin sözçüsü Fernando Vara bu sistemin dünyada ən böyük sistem olacağını deyib. Hazırda ABŞ-ın Alyaska ştatının Juneau şəhəri və Norveçin Drammen şəhəri bu layihə ilə qızdırılır.
Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq təbii qaz tədarükünü azaltmaq qərarı Avropada yanacağın qiymətinin kəskin artmasına gətirib çıxarəb və bu, Avropa İttifaqında uzun sürən enerji böhranı üçün zəmin yaradıb. Lakin dəniz suyu Helsinkinin yeni istilik sistemi üçün enerji mənbəyi olduğundan, Vara bu sistemin qeyri-məhdud enerji təmin edəcəyini qeyd edib.
Şirkət Baltik dənizində 70 metr dərinlikdə və 2 dərəcə selsi suyu çəkəcək 17 kilometrlik sualtı tunel inşa edəcək. Bunun üçün TBM (tunel qazma maşını) istifadə olunacaq. Bu tunel Finlandiyada TBM maşını ilə tikilmiş ilk tunel olacaq. Daha sonra Helsinkidəki kömür elektrik stansiyasının altında istilik nasosları tikiləcək ki, bu da soyuq suyu şəhəri isitmək üçün enerjiyə çevirəcək. Bu istilik nasosları 90 dərəcə istilik yaradacaq və bu şəhəri isitmək üçün kifayətdir. Alınan istilik paylayıcı şəbəkə vasitəsilə şəhərə paylanacaq. Layihə başa çatdıqdan sonra tunel vasitəsilə saniyədə 50 kubmetr soyuq su istilik nasoslarına göndəriləcək.
Hazırda fəaliyyətdə olan kömür zavodları 2024-cü ildə layihənin tikintisi üçün bağlanacaq. İstifadə olunan su daha 9 kilometrlik tunel vasitəsilə Baltik dənizinə qaytarılacaq. Yenidən dənizə axıdılan su 0,5 dərəcə olacaq. 2029-cu ildə istifadəyə verilməsi gözlənilən layihə yay aylarında Helsinkidəki evlərin soyudulması üçün də istifadə oluna bilər. Layihəni həyata keçirəcək enerji şirkətinin direktoru Timo Aaltonen bildirib: “İsitmə və soyutma şəbəkəsi adlanan bu yeni enerji platforması innovativ texnologiyalar və istehsal üsullarını birləşdirməyə imkan verir”.
Busaat.az