Fransa Azərbaycandan əl çəkmir – İndi də Qarabağın olmayan statusunu ortaya çıxardı

Fransa Azərbaycandan əl çəkmir – İndi də Qarabağın olmayan statusunu ortaya çıxardıbackend

Fransa xarici işlər naziri Jan-İv Le Drian Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli nizamlanması və gələcək statusunun müəyyənləşdirilməsi üçün Ermənistanla Azərbaycan arasında danışıqların bərpasına çağırıb.

Busaat.az xəbər verir ki, bu haqda məlumat erməni mediasında yer alıb.

“Dünən elan olunan atəşkəs razılaşmasına əlavə olaraq, münaqişənin uzunmüddətli nizamlanması ilə bağlı tərəflər arasında danışıqların bərpası zəruridir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində öz rolunu tam oynayacaq” deyib Fransalı nazir.

O, iki tərəf arasında danışıqların təxirə salınmadan davam etdirilməsinin vacibliyini vurğulayıb:  “Xüsusilə, son həftələrdə münaqişə nəticəsində köçkün olan insanlar geri qayıtmalı və Dağlıq Qarabağın gələcək statusu təyin edilməlidir”.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər.

Rusiya Federasiyası Prezidentinin səsləndirdiyi açıqlamaya görə, Dağlıq Qarabağda tam atəşkəs 10 noyabrda başlayır, Azərbaycan və Ermənistan öz mövqelərində dayanacaqlar və hərbi əsirləri dəyişdirəcəklər. Rusiyalı sülhməramlılar Qarabağda yerləşdiriləcək. Artıq onların bölgəyə gəldikləri deyilir.

Konkret.az

Haşiyə: Müharibənin dayandırılması ilə bağlı etdiyi cəhdlərin boşa çıxdığını görən rəsmi Paris indi də özünü yuyulmayan çömçə kimi ortaya ataraq status məsələsindən danışır. Razılaşmada isə statusla bağlı bir kəlmə belə yoxdur. Heç gələcəkdə də daxil ediləcəyi real görünmür. Çünki statusu əhatə edəcək ərazilərin bir qismi Azərbaycanın nəzarətindədir. Ermənilərə isə torpaqlarımızda yalnız yaşamaq “statusu” verilir.

Fransalı nazirin dediklərindən biri də son həftələrdə münaqişə nəticəsində köçkün olan insanların (ermənilərin) geri qayıtmasıdır. Rəsmi İrəvana çalışan bu alçaq 30 ildir köçkün olan azərbaycanlılar haqda bir kəlmə belə danışmayıb. Sonra “Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində öz rolunu tam oynayacaq” deyir. Bu vaxta kimi harda idiniz?

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki