Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Fransa “terror təhlükəsi” vəziyyətinə keçdi

image-11085882213317153955

Fransa Daxili Təhlükəsizlik Xidməti Ukraynanın Parisdəki səfirliyinə göndərilən şübhəli bağlamalara görə dövlətin bütün orqanlarını terrorizm və təhlükəsizlik risklərinə qarşı xəbərdar edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Le Figaro nəşri yayıb.

Nəşrin xəbərinə görə, Baş nazir yanında Milli Müdafiə və Təhlükəsizlik (SGDSN) baş katibi Stefan Bouillon, İspaniyadakı 6 quruma partlayıcı zərflər və Ukraynanın Parisdəki səfirliyinə şübhəli bağlamalar göndərildikdən sonra hökumətə və bütün dövlətlərə terrorizm və təhlükəsizlik risklərinə qarşı xəbərdarlıq edib.

Xəbərdə Ukraynanın Avropa Birliyindəki (AB) müxtəlif səfirliklərinə tərkibində heyvan gözü və qan kimi maddələrin olduğu şübhəli məktubların göndərildiyi xatırladılıb.

Bu cür bağlamaları alanların nə etmələri ilə bağlı məlumatların yer aldığı açıqlamada təhlükəsizlik qüvvələrinin hər zaman ayıq-sayıq olmaları və bağlamaları rentgen cihazından keçirmələri tələb edilib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul