Fransada mənzil problemi yaşayanların sayı 4 milyonu keçib

image-fransa-evsiz-homeless-reu-1988300_2backend

Fransada ev kirayələrinin artması səbəbindən mənzil problemi yaşayanların sayı 4 milyonu keçib, evsizlərin sayı isə 330 minə çatıb.

Busaat.az xəbər verir ki,  Abbe Pierre Fondu 2022-ci ildə ölkədə mənzil problemləri ilə bağlı illik hesabatını yayımlayıb.

Hesabatda məlum olub ki, ölkədə 4,15 milyon insan mənzil problemi ilə mübarizə aparır və ya qeyri-insani şəraitdə yaşayır.

Bu kateqoriyaya daxil olanların bir hissəsinin mətbəx, tualet və istilik otaqları kimi problemləri var.

Hesabata görə, Fransada evsizlərin sayı 330 minə yüksəlib və bu nisbət 10 ildə 130 faiz artıb.

Onlardan 200 mini təcili şəraitdə, 110 mini müvəqqəti sığınacaqlarda, 27 mini isə küçələrdə, metrolarda, çadırlarda və ya avtomobillərdə yatmağa məcburdur.

Evsiz hamilə qadınların sayı artsa da, küçələrdə yaşayan uşaqların nisbəti qorxulu həddə çatıb.

Təkcə 2022-ci il dekabrın 5-nə keçən gecə Parisdə 122 uşağın valideynləri təcili xidmətə zəng edərək uşaqlarına baxa bilmədiklərini bildiriblər.

Fransada həmçinin kirayə haqqını ödəyə bilməyən insanların sayı 12 milyonu keçib.

Onların əhəmiyyətli bir hissəsinin yaşadıqları yerlərdə istilik problemi olduğu halda, əhəmiyyətli bir hissəsi çox kiçik evlərdə yaşamaq məcburiyyətində qalıb.

Mənzil probleminin ən mühüm səbəblərindən biri kirayə haqlarının artması olsa da, 2022-ci ildə ölkədə bütün sahələrdə, xüsusilə enerji qiymətlərində görünməmiş qiymət artımları  qeydə alınıb.

Fransa Prezidenti Emmanuel Makron ölkəni ikinci müddətə idarə etsə də, hökumətin yol xəritəsində mənzil problemini ölkənin əsas prioriteti kimi hesab etmədiyinə görə tənqid olunur.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90