Fransanın iç üzünü açan sənədli film – Faktlar + Video

image-mycollages_-_2021-11-15t151651-508backend

Fransa hökumətinin terrorçularla iş birliyindən bəhs edən xeyli faktalara, iddialara, yazılara rast gəlmək mümkündür. Hələ tarixi araşdırsaq, dünyanı lənətə sürükləyən ən pis əməllərin dəstəkçiləri srasında Fransanın adını oxuya bilərik. 

Busaat.az  rupor.az-a istinadən xəbər verir ki, xüsusən türk dünyası, daha konkret Azərbaycan və Türkiyənin uğurlarından qıcıqlanan rəsmi Paris qeyri rəsmi olaraq türklərə qarşı illərdir vuruşan İŞİD və PKK yaraqlılarını maliyyələşdirir.

Sübut kimi “TRT World”un Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən “Zavod: Gizli Fransız Əməliyyatı” adlı sənədli filimi göstərə bilərik.

Sənədli filmdə faktlar dəqiqliyi ilə işıqlandırıldığı üçün onları təkzib etmək mümükün deyil. İki il ərzində aparılan araşdırmalar yarım milyona yaxın sənəd üzərində aparılıb. Bəlli olub ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti Fransa kəşfiyyatının İŞİD və başqa terror təşkilatlarını maliyyələşdirib.

“Lafarge” şirkətini 2010-cu ildən Suriya bazarında fəaliyyət göstərir, bu ölkədə zavod inşa edib. Həmin zavod Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində tikilib. Suriyada yaşanan müharibə bu ərazilərdə nəinki şirkətlərin, heç sadə vətəndaşlaın belə, yaşaması mümkünsüzdür. Hər kəs – həm hüquqi, həm də fiziki şəxslər ölkədən qaçdıqları halda “Lafarge” şirkəti fəlaiyyətini hələ də davam etdirir, bununla yanaşı inkişafa da nail olur. 

Filmdən aydın olur ki, şirkət Fransa hökümətinin təhdidi ilə Suriyada qalıb və başı sağ olsun deyə, bu ölkədə tüğyan edən İŞİD və PKK terror təşkilatlarını maliyyələşdirməyə başlayıb.

Filimdə bu maliyyənin məbləği də açıqlanır və qeyd olunur ki, ötən illər ərzində şirkət təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürüblər. Oxucuya bu rəqəm böyük görünə bilir, ancaq iş orasındadır ki, həmin 16 milyon kiçik rəqəmdir və bu prosesi Fransa rəhbərliyi idarə edir.

Pulun Fransadan terrorçulara axıdılması indiki Prezident Emmanuel Mkaronun iqtisadiyyat naziri olduğu dövrdən başlayıb. Bütün əlaqələr də məhz həmin dövrdə qurulub. Yəqin Makronun dəfələrlə yumurta atəşinə tutulduğunu çox görmüsüz. Fransızlar indiki Prezidenti həm də ona görə bəyənmirlər ki, büdcənin pulunu terrorçulara xərcləyir. Türk KİV-nin hazırladığı filmə baxanda əslində təəccüb etmirsən, sadəcə təqdim olunan faktlar insanda ikrah hissi oyadır. Fransa ermənipərəstlərin vətəni olub. Bir dənə də fakt yoxdur ki, xüsusən də Vətən Müharibəsi dövründə Fransa haqqın yanında olub Azərbaycanın haqq yolu getdiyini təsdiqləsin. Əksində demək olar hər ötən gün Ermənistanı himayə edib. Halbuki erməni dinc insanları atəşə tutub müharibədən kənar ərazilərə raketlər yağdırb, azərbaycanlılara kütləvi insan faciəsi yaşadıb, binaları dağıdıb. Biz Fransadan haqlı move gözlədiyimiz halda onlar Ermənistanı açıq şəkildə müdafiə etməkdən çəkinmədilər, onlara humanitar yardım adı altında təyyarələrlə silah-sursat göndərdilər, terrorçulara pul ayırdılar. 

Bu ölkə öz gözündə tiri görməyib, başqalarında tük axtarır. Özünün müharibə dövründəki çirkin əməllərini gizlətmək məqsədi ilə giya suriyalıların Azərbaycan tərəfindən döyüşdüyünü tirajlayan Parisin KİV-i mənqtiqdən o qədər uzaq yanaşma sərgilədi ki, “suriyalı döyüşəndi elə öz ölkələrini ağ günə çıxarsnlar da” arqumentinə cavab verə bilmədiklərinə görə də utanmadılar. Atdığı böhtanlara förə rüsvay olduğunun fərqinə varmayan Fransa dünyavi dəyərlərin üstündən çoxdan xətt çəkib.

Rəsmi Parisin nə qədər ziyanlı mövqe sərgilədiyini “Zavod: Gizli Fransız Əməliyyatı” adlı sənədli filim aydın göstərir. Fransa Azərbaycanın və Türkiyənin gücündən əndişələnib, daha anlamırlar ki, bu ölkələr heç bir dövlətə qarşı məkri siyasət yürtüməyib. –Azərbaycan həmişə Fransaya qarşı səmimi münasibət sərgilyib, o cümlədən Türkiyə. Belə olan təqdirdə rəsmi Parisin bütün dünyanın, daha çox da türkün düşməni olan terrorçulara qucaq açması, qoynunda ilan gəzdirməsi ilə eyni mənaya gəlir. O ilan birinci növbədə onu gəzdirəni çalacaq – bu gerçək milyon illərdən süzülüb gələn həqiqətdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki