Məzmuna keç
  • Brent neft112.33 $▲0.23%
  • WTI neft102.95 $▼0.21%
  • Avropa qazı (TTF)103.19 €▲5.83%
  • Təbii qaz (ABŞ)2.883 $▼0.48%
  • Qızıl3 885 $▼2.97%
  • Gümüş49.14 $▼4.29%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.25 ¢▼0.58%
  • Bitcoin76 662 $▼1.45%
  • Ethereum2 238 $▼0.48%
  • S&P 5007 580▼1.83%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

G7 liderlərinin Ukrayna BƏYANATI

image-g7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiyada keçirilən G7 sammitində liderlər Rusiyanın Ukraynaya qarşı işğal cəhdini pisləyən bəyanatla Moskvaya qarşı iqtisadi sanksiyaları artırmaq qərarına gəliblər.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın müddətli sədrliyi altında bu gün Xirosima şəhərində başlayan 3 günlük G7 Liderlər Sammitinin ilk günündə G7 liderləri tərəfindən ortaq Ukrayna bəyanatı verilib.

ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Giorgia Meloni, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə “Dəyirmi masa” görüşündən sonra imzalanan bəyanatda Rusiyanın Ukraynaya qarşı işğal cəhdi “qətiyyətlə” pislənilib.

Rusiyanın 15 aydır davam edən təcavüzünün minlərlə insanın həyatına son qoyduğu, Ukrayna xalqına böyük əzab-əziyyətlər yaşatdığı və bir çox həssas insanların qida və enerjiyə çıxışını təhlükə altına qoyduğu qeyd edilən bəyanatda deyilir: “Ukraynaya dəstəyimiz davam edəcək. Heç bir geri addım atılmayacaq”.

“Bu gün biz Rusiyanın suveren Ukrayna dövlətinə qarşı qanunsuz hücumunun uğursuzluğa düçar olmasını təmin etmək və Ukrayna xalqının beynəlxalq hüquqa hörmət əsasında ədalətli sülhə nail olmaq cəhdində dəstək olmaq üçün yeni addımlar atırıq”, – birgə bəyanatda deyilir.

Həmçinin, Rusiyanın Ukraynadan geri çəkilməsinə çağırış edilib, əks təqdirdə Rusiya və onun tərəfdarlarına qarşı daha çox sanksiyalar tətbiq ediləcəyi bildirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110205