Gələn il üçün yaşayış minimumu QƏBUL EDİLDİ

image-pul_20backend

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.

Busaat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90