Gənc oğlan sevgilisinə söz atan taksi sürücüsünü bıçaqladı – CƏZA

image-1709107720194998593565deea0843a83backend

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Müşfiq Kərəmovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il, saat 20:45-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən “Diamond” çay evinin qarşısında qeydə alınıb.

Belə ki, 2003-cü təvəllüdlü Müşfiq Kərəmov sevgilisinə söz atan taksi sürücüsü, zərərçəkmiş Sabir Həsənovla (soyadı şərti) mübahisə edib. Daha sonra o, zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Müşfiq Kərəmov cinayət məsuliyyətinə cəlb edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki