Şərabın tərkibindəki antioksidantlar sağlamlığı yaxşılaşdırır? 

image-39441backend

“Kiçik dozalarda şərab içmək tərkibindəki antioksidantlara baxmayaraq sağlamlığa müsbət təsir göstərmir”.

Busaat.az xəbər verir ki, bu barədə ispan kardioloqu Maqdalena Perello “El Español” nəşrinə açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, bir stəkan şərabın ürək üçün faydası barədə fikirlər elmi məlumatlarla təsdiqlənmir. Həkim qeyd edib ki, istənilən spirt ürək-damar sisteminə mənfi təsir göstərir, aritmiya, ürək çatışmazlığı riskini artırır və ürək kameralarının patoloji genişlənməsinə səbəb olur.

Həkim qeyd edib ki, şərabın zərəri ultra emal olunmuş qidaların, əlavə edilmiş şəkərin və trans yağların təsiri ilə müqayisə oluna bilər. Mütəxəssis əlavə edib ki, bəzi insanlar tərkibində antioksidant olduğuna görə spirtli içki qəbul etməyə haqq qazandırırlar.

Antioksidantlar hüceyrələri oksidləşdirici stresin yaratdığı zərərdən qoruyan maddələrdir. Onlar həqiqətən də şərab hazırlanan üzümlərdə olur, lakin etanolun özü ürəyə xeyirdən daha çox zərər verir.

Perello vurğulayıb ki, antioksidanlar Aralıq dənizi pəhrizinin daha sağlam komponentlərindən – tərəvəzlər, meyvələr, qoz-fındıq, paxlalılar və zeytun yağından əldə edilə bilər. Həkimin fikrincı, belə bir pəhriz infarkt və insult riskini təxminən 30% azaldır və spirtsiz ürək-damar sisteminə dəstək verir.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki