Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.15 $▲1.49%
  • WTI neft89.04 $▲1.29%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.118 $▼1.30%
  • Qızıl3 864 $▼0.24%
  • Gümüş47.39 $▼0.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.50 ¢▲0.34%
  • Bitcoin64 514 $▼1.23%
  • Ethereum1 806 $▼1.53%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İlham Əliyev

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqlədi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib.

Busaat.az həmin dəyişikliyi təqdim edir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16, № 2, maddə 110, № 3, maddə 209, № 4, maddələr 295, 300, № 5 (I kitab), maddələr 397, 403, № 6, maddə 492, № 7 (I kitab), maddələr 620, 625) aşağıdakı dəyişikliklər edilsin:

1. 233-cü maddə üzrə:

1.1. adında “və isti havalar” sözləri “, isti və küləkli hava” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissəyə “binalarda” sözündən sonra “, eləcə də küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda)” sözləri əlavə edilsin.

2. Həmin Məcəlləyə 2-ci əlavə – “İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri” üzrə:

2.1. adında “havalarda” sözü “və ya küləkli hava şəraitində” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci hissədə “Küləyin” sözü “Bu əlavənin “Qeyd” hissəsi nəzərə alınmaqla, küləyin” sözləri ilə əvəz edilsin və həmin hissəyə “quruda” sözündən sonra “istismar olunan” sözləri əlavə edilsin;

2.3. 8-ci hissədən sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilir. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılır.”.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188839