General atasının yerinə polkovnik oğlu təyin edildi – FOTO

image-1705299908_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend

Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalı bu postda oğlu-Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin rəisi idi.

Qeyd edək ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə həmçinin 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur.

53dcb4f998494722300e492b4e589e311 208 jpgab0369628c8ca28548e571e23c3d3cfa1 207 jpg


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki