General “Tərtər işi”nə görə saxlanıldı

image-hebsbackend

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Busaat.az APA-ya istinadən xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki