General Tofiq Bəhramovun nəvəsini rəis təyin etdi

image-memur55backend

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib.

KONKRET.az xəbər verir ki, Qayanrinfo-nun əldə etdiyi məlumata görə, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib.

Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfatg edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respubvlika Stadionu mərhum hakimin adını daşıyır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90