“Göygöl”ün futbolçusu 3 oyunluq cəzalandırıldı

image-cd698958-6185-33fc-a9aa-8e7fc91a4032_850-3-jpg-1733139461backend

AFFA İntizam Komitəsi Azərbaycan II Liqasında çıxış edən “Göygöl”ün futbolçusu Elşən Mirzəyevi 3 oyunluq cəzalandırıb.

Busaat.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Buna futbolçunun X turda baş tutan “Göygöl” – “Şəfa” matçının 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, klub 200 manat cərimələnib.

Qurum həmçinin “Ağdaş” klubunu 150 manat cərimələyib. Buna X turda baş tutan “Ağdaş” – “Qusar” matçında meydan sahiblərinin azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi səbəb olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki