
Gülləsi, atəşi bitən səngərdə gül də bitər, çiçək də açar
Səngərin gülü bitib… Gülləsi, atəşi bitən səngərdə gül də bitər, çiçək də açar. Çünki bizə zəfər yaşadan ilk atəşlər buradan açılmışdı. Qəhrəman diviziona burada atəş əmri verildi. Kapitan Əsəd Həsənov burada canın fəda etdi Vətənə… Mövsümzadə Orxan, Elbar bax burdan qan uddururdu düşmənə… Onlar da bu səngərdə son damla qanın axıtdı. Bax elə ona görə gül bitirir.
Ağdamda yerləşən “N” saylı hərbi hissənin qəhrəman divizionu buradan atıldı Səfər savaşına… İlk mərmidə buradan atıldı son mərmidə. Atəşi qələbə şərti ilə kəsib atəşi kəsilən səngərlər gələcək nəsillərin ziyarət yeri olmalı, tarixi abidə kimi qorunmalıdır.
Elgün Gəncimsoy






















