Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft109.73 $▲0.19%
  • WTI neft101.01 $▲0.05%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.020 $▲1.17%
  • Qızıl4 032 $▲0.26%
  • Gümüş54.10 $▼0.13%
  • Pambıq79.49 ¢▼0.96%
  • Buğda626.00 ¢▲0.48%
  • Bitcoin80 436 $▲0.49%
  • Ethereum2 332 $▲0.22%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Gündəm

Gürcü ekspertlərdən “Metsamor”la bağlı həyəcan təbili

image-mty
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcü ekspertlər Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmalı olduğunu bildirirlər.

“Geokeys” təşkilatının rəhbəri Viktor Kipiani Baku TV-yə bildirib ki, Metsamor Atom Elektrik stansiyası o qədər köhnədir ki, hətta müvafiq texniki standartlara belə cavab vermir.

“Bu stansiya yalnız qonşu ölkələr üçün deyil, həm də Şərqi Avropa üçün böyük təhlükə mənbəyidir. Bu fikir energetika sahəsi üzrə beynəlxalq ekpertlər tərəfindən də təsdiq edilib.
Metsamor Atom elektrik stansiyası Ermənistanın elektrik enerjisi ilə təmin edilməsində heç bir rol oynamır.

Ən önəmli məsələlərdən biri isə ondan ibarətdir ki, Ermənistan hələ 1998-ci ildə Avropa İttifaqı qarşısında Metsamorun bağlanması ilə bağlı öhdəlik götürdü.

Ermənistana xatırladırıq ki, götürdükləri beynəlxalq öhdəliyi yerinə yetirsinlər. Bunu yalnızca öz vətəndaşlarının yox, regionda yaşayan bütün insanların təhlükəsizliyi üçün etməlidirlər”.

Viktor Kipiani Metsamorda faciə baş verəcəyi halda böyük zərər çəkəcək ölkələrdən də danışıb. Məsələnin ciddiliyini vurğulayan ekspert, Ermənistanın 1998-ci ildən götürdüyü öhdəliyi yerinə yetirməli olduğunu bir daha diqqətə çatdırıb.

Ətraflı Baku TV-nin süjeti təqdim edirik:

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=41538