Gürcüstanın Çexiyadakı səfiri istefa verdi

image-674e3f2073dd5674e3f2073dd61733181216674e3f2073dd3674e3f2073dd4jpg-1733202891backend

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqların başlanması məsələsinin dondurulması ilə bağlı bəyanatından sonra istefa verib.

Busaat.az xəbər verir ki, bu haqda o öz “X” hesabında məlumat verib.

“Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim. Demək olar ki, iyirmi ilə yaxındır ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik bölgəyə inteqrasiyasını təşviq etmək, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəfdir. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!”, – deyə o bildirib.

Qeyd edək ki, Maisuradze ölkənin istefa verən altıncı diplomatı olub

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki