Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
18°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Gürcüstanın yeni Baş naziri o ola bilər

image-kobaxidze

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyi ölkənin Baş naziri postuna irəli sürüləcək.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “İmedi” telekanalı yayıb.

Bildirilir ki, ölkənin hazırkı Baş naziri İrakli Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.

Telekanalın məlumatına görə, yanvarın 24-ü sözügedən partiyanın Siyasi Şurasının iclası baş tutub. İclas zamanı fevralın 1-i partiyanın qurultayının keçirilməsi və bu zaman dəyişiklərin elan edilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, Kobaxidzenin “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının siyasi katibi də olacağı qeyd olunub.

Qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə – 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.Qafqazinfo

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul