Hacıbaba Bağırovun ailəsi Azərbaycanı tərk edib?

image-b097b057c1248c3789f8dc0791158ebbbackend

Xalq artisti, sevilən sənətkar Hacıbaba Bağırovun ailəsinin Azərbaycanı tərk edərək, qardaş ölkə Türkiyəyə köçməsi ilə bağlı xəbərlər yayılıb. Xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün sənətkarın ömür-gün yoldaşı Arzu Bağırova ilə əlaqə saxladıq.

Busaat.az  xəbər verir ki, o, moderator.az-a açıqlamasında yayılan xəbərləri yalanladı.

“Xeyr, belə bir şey yoxdur. Biz nə Bakıdan, nə də Azərbaycandan köçməmişik. Sadəcə olaraq tez-tez qızım Şölənin təhsili ilə bağlı Ankaraya gedib-gəlirik. Hal-hazırda da Ankaradayıq. Bildiyinizə görə qızım Şölə Ankaranın Hacettepe Universitetinin siyasi bilimlər və dövlət idarəetmə fakültəsinə daxil olub. Yanvarın 3-dən 13-nə qədər imtahanlarımız var. İmtahanları verəcəyik və yanvar ayının 19-da imtahan cavabları çıxandan sonra Azərbaycana qayıdacağıq. Bakı ilə, Azərbaycanla məni çox şey bağlayır, heç vaxt vətənimi birdəfəlik tərk edib, gedə bilmərəm. Biz iki dövlət, bir millətik. Türkiyə bizim qardaş ölkəmizdir, ora da evimizdir, bura da. Şölə ilə hələ 4 il Türkiyəyə gedib-gələcəyik. 11 il onunla birgə oxuduğum kimi, 4 il də birgə oxuyacağıq (gülür)” deyə sənətkarın həyat yoldaşı bildirib.

“Qızınızın nə vaxtsa aktrisa olmağını istəmisinizmi” sualına isə Arzu Bağırova belə cavab verib.

“Sözün düzünü deyim ki, mən buna heç vaxt etiraz etməzdim. Hansısa filmdə çəkilib, yaddaşlarda gözəl qalacaqdısa yaxud da obrazı yaxşı oynayacaqdısa əlbəttə ki, ola bilərdi. Amma sıradan bir aktrisa olmağını təbii ki, istəməzdim. Atası kimi insanların qəlbini fəth edib, sənətin zirvəsində olsaydı əlbəttə ki, aktrisa olmağını istəyərdim. Yenə də deyirəm, həyatdır! Heç kim nəyəsə birdəfəlik qərar verə bilməz, həmçinin də mən. Ola bilər ki, bəlkə də gələcəkdə hansısa bir şans qarşısına çıxa bilər. Bu qismətdir! Ən əsası onu istəyirəm ki, qızım harada olursa-olsun, sənətinin zirvəsində olsun. Həm ailəsinə, həm də dövlətinə faydalı övlad, vətəndaş olsun. Allah bütün balaları xoşbəxt etsin, mənim də əziyyətimi yerdə qoymasın. Hər şey onun əlindədir, ümidim ancaq Allahadır” deyə Arzu Bağırova bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki