Azərbaycanla Ermənistan arasında görüşlər davam edir, münasibətlərin normallaşacağı təqdirdə bizim də ssenarimizi hazırlamağımız lazım olacaq.
Busaat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, hazırda münasibətlərin normallaşması istiqamətində fəaliyyətlər davam edir: “Yekunda pozitiv ssenarini həyata keçirə bilərik, yəni Ermənsitanla sərhədi aça bilərik”.