Həbs edilən sabiq idarə müdirinin atası: “Danışmağa halım yoxdur, xahiş edirəm…” – VİDEO

image-rufet-haciyev-1backend

Ötən gün həbs edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Haciyevin atası, Malik Haciyev “7Times.az”-a açıqlama verib.

Busaat.az xəbər verir ki, o əvvəl oğlunun həbs edilməsindən xəbərsiz olduğunu bildirsə də, sonradan fikrini inkar edib və bu haqda heç bir məlumat verə bilməyəcəyini qeyd edib.

“Mənim heç nədən xəbərim yoxdur, mən bu barədə heç nə deyə bilmərəm, danışmağa halım yoxdu. Xahiş edirəm, məni başa düşün”.

Qeyd edək ki, R.Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə cinayət işi açılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki