Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

HƏMAS ABŞ həbsxanalarında saxlanılan fələstinlilərlə məhbusları dəyişməyi planlaşdırır

image-hemas

HƏMAS ABŞ-də saxlanılan fələstinlilərin və İsrail həbsxanalarında saxlanılan ərəblərin azad edilməsi üçün aparılan danışıqlarda əsir götürdüyü israillilərdən istifadə etməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Əli Barakeh Associated Press-ə bildirib.

“Amerikada HƏMAS-ı maliyyələşdirmək ittihamı ilə saxlanılan fələstinlilər var. Biz onların azad edilməsini istəyəcəyik”, – Əli Barakeh deyib.

Sözçü əlavə edib ki, HƏMAS İsraildə saxlanılan bütün ərəblərin azadlığa buraxılmasına çalışacaq.

O, həmçinin yaraqlıların münaqişənin “bütün ssenarilərinə”, o cümlədən uzun müharibəyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, 2014-cü ildə Qəzzada eskalasiya başlayandan HƏMAS öz döyüşçülərini hazırlayır və öz raketlərini istehsal edir.

Barakeh HƏMAS-ın genişmiqyaslı hücumunun səbəbinin İsrail hökumətinin Qüdsün mərkəzindəki Məscidül-Əqsaya qarşı hərəkətləri və İsrailin saxladığı fələstinli məhbuslara təzyiqi artırması olduğuna diqqət çəkib.

Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə Yaxın Şərqdə gərginlik artıb. Son rəsmi məlumatlara görə, toqquşmalar və atışmalarda 700-ə yaxın fələstinli ölüb, 3700-dən çox insan yaralanıb. Həmçinin, 800-ə yaxın israilli ölüb, 2000-dən çoxu yaralanıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul