HƏMAS İsraildə kimya zavodunu vurdu
HƏMAS-ın “İzəddin əl-Kassam briqadası” İsraildə yerləşən kimya zavoduna zərbə endirib.
Busaat.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Nir-Oz rayonunda yerləşən zavoda PUA vasitəsilə hücum edilib.
Bununla yanaşı, İsrail ordusundan bildirilib ki, bu gün Dəmir Qübbə sistemi tərəfindən Qəzza zolağından uçan PUA ələ keçirilib.





