Hərbi əməliyyatların dayandırılması ilə bağlı qərarı mən vermişəm – Onik Qasparyan

Hərbi əməliyyatların dayandırılması ilə bağlı qərarı mən vermişəm – Onik Qasparyanbackend

“Qarabağdakı atəşkəs haqqında hazırkı qərar son dərəcə zərurətdən irəli gəlib”.

Busaat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan açıqlama verib. Qasparyan bildirib ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı qərar onun təklifi ilə verilib.

Baş nazir Nikol Paşinyan vəziyyətin çoxşaxəli və çoxtərəfli qiymətləndirilməsindən sonra sənədi imzalamağa qərar verib.

“Bu qərar mütləq bir zərurət idi, rədd cavabı geri dönməz nəticələrə gətirib çıxara bilərdi. Bu açıq şəkildə qəbul edilməli və başa düşülməlidir. Düşünürəm ki, hər hansı bir fərziyyədən asılı olmayaraq bu qərar düzgündür. Bu, bizim üçün çox acı bir həqiqətdir, amma bu, vəziyyətin obyektiv  qiymətləndirilməsinin nəticəsi idi”,- deyə Qasparyan əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki