Hikmət Hacıyev İsrail və Britaniya səfirləri ilə görüşdü – Yenilənib

image-corcbackend

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı səfir öz tviter hesabında paylaşıb.

Səfirin sözlərinə görə, görüş zamanı Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı başsağlığı verib.

O qeyd edib ki, İsrail Azərbaycan xalqı ilə həmrəydir.

***

Hikmət Hacıyev, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldla da görüşüb.

Bu barədə məlumatı səfir öz tviter hesabında paylaşıb: “Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90