İki məşhur hakim evləndi
Keçmiş ingiltərəli FIFA referisi Hovard Uebb almaniyalı xanım hakim Bibiana Ştaynxausla evlənib.
Busaat.az xəbər verir ki, nikah mərasimi pandemiya səbəbindən qonaqsız baş tutub.
49 yaşlı Uebb 2014-cü ildə karyerasını bitirib. 42 yaşlı Bibiana isə Bundesliqada oyun idarə edən ilk qadın hakimdir.





