Bu gün Prezident İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
Busaat.az xəbər verir ki, dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı, həmçinin, gələcək təmaslar müzakirə edilib.