“İlham Əliyevin xarici səfərləri erməni havadarlarına mesajdır” – EKSPERT RƏYİ

image-azerbaijan_russia_iran_flags_280921backend

Azərbaycan qarşılaşdığı geosiyasi vəziyyətdə Ermənistanı müdafiə edən üç ölkə – Rusiya, İran və Fransa ilə bu və ya digər səviyyələrdə müəyyən problemlər yaşamaqdadır. Həm sərhədlərində, həm də dünyada ən güclü ölkələrdən bir neçəsi ilə problemlər yaşayan rəsmi Bakının belə ciddi rəqabətə qarşı atacağı mümkün addımlar cəmiyyətdə müxtəlif fikirlərin yayılmasına səbəb olub.

Busaat.az məsələnin ciddiyətini nəzərə alaraq bu mövzularla bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib:

image-yap_ilyas_140320

 

“Hazırki geosiyasi vəziyyətdə Ermənistan havadarları canfəşanlıq edirlər. Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə həm də Fransa Milli Assambleyasında təsdiqləndi. Acınacaqlı hal odur ki, bütün parlamentarilər bu qərarın lehinə səs verib. Bu isə, açıq şəkildə erməni lobbisinin, həm də Fransanın özünün milli səviyyədə məsələyə yanaşmasını göstərir. Digər tərəfdən Ermənistan Rusiyanın regionda təklif etdiyi nizamlanma prosesinə müsbət baxır. Bu halda isə, Rusiya öz dövlət maraqlarını üstün turur. Bilirik ki, Rusiya Silahlı Qüvvələri sülhməramlı qismində regiona yerləşdirilib. Rusiya sülhməramlılarının regiondan çıxarılması istiqamətində söz-söhbətlər davam etdiyi bir vaxtda, hələ 5 illik missiyanın tamamlanmasına uzun bir zaman qalsa da, sülhməramlıların fəaliyyət tarixini artırmaq üçün müəyyən addımlar atılır. Ancaq mən düşünürəm ki, onların regiondakı varlığı müvəqqəti xarakter daşıyır və müddət başa çatdığı zaman sülhməramlılar bölgəni tərk edəcək. Ümumiyyətlə, Ermənistan Rusiya variantına müsbət yanaşır və beləcə müəyyən ziddiyətlərlə qarşılaşırıq”.

Politoloq İranın pozucu addımları barədə də danışıb: “Eyni zamanda İranın da xoşagəlməz yanaşmaları ilə qarşılaşırıq. Ölkəmizə qarşı hərbi təlimlərin keçirilməsi, qərəzli fikirlər, ermənilərlə yaxınlaşma və Qafanda İran konsulluğunun açılması kimi neqativ hallar həm də İran və Ermənistan arasındakı münasibətlərin hazırki durumunu nümayiş etdirir”.

Azərbaycan dövlətinin bu kimi pozucu hallara qarşı atdığı addımlara toxunan politoloq qeyd edib: “Azərbaycan tərəfi də effektiv addımlar atmağa davam edir. Xüsusilə də, Prezident İlham Əliyevin xarici səfərləri ölkəmizin milli maraqlarına söykənir. Albaniya, Serbiya, Əlcəzayir kimi ölkələrə səfərlər məhz enerji təhlükəsizliyi konteksində əhəmiyyətlidir. Eyni zamanda, bu kimi addımlar erməni havadarlarına da mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan regionda sülhə nail olmağa və sülhü möhkəmləndirməyə çalışır, ölkələrin öz maraqları prizmasından bölgəyə müdaxiləsinə və pozuculuq fəaliyyətinə son qoymağı hədəfləyir. Ona görə də, Azərbaycanın Türkiyə ilə ikili əlaqələri regionda təhlükəsizliyi artırmaq məqsədlərinə xidmət edir. Beləcə, kənar dövlətlərin regionda hədəflədiyi pozuculuq addımları ölkəmizin iradəsi və səyləri ilə baş tutmayacaq”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki