İlkin Süleymanov hər şeyi ETİRAF ETDİ: Qətli əslində görün KİM TÖRƏDİBDETALLAR

image-1708016553_1677068665_ilkin_suleymanov_1707993385-full-1backend

Gəncə Apellyasiya Məhkəməsində İlkin Süleymanovun apellyasiya şikayətinə baxılır. Fevralın 13-də Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanov çıxış edib. İ.Süleymanov Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanaraq 4 ildən çoxdur həbsdə saxlanılır.

Təqsirli bilinən İlkin Süleymanov məhkəmədəki çıxışında bildirib ki, onun günahsızlığı gec-tez məhkəmə tərəfindən sübuta yetiriləcək: “Əsl cinayətkarı tapa bilmirlərsə, tapmaq istəmirlərsə, o demək deyil ki, kiminsə yerinə cəzanı mən çəkməliyəm. Təcridxanada müstəntiq Nadir Mirzəyevə dedim ki, mənim bu işə aidiyyətim olmadığını özünüz də yaxşı bilirsiniz. Cavab verdi ki, “neyləmək olar, bəzən təqsirsiz adamlar da tutulur, sonradan buraxılır, buraxılmayanlar da olur”.

Bəs hazırda istintaqın gedişindən hansı nəticə gözlənilir?

Məsələ ilə bağlı danışan İ. Süleymanovun qardaşı Adil Süleymanov Referans.az-a bildirib ki, apellyasiya məhkəməsi ədalətli qərar verməzsə, Ali Məhkəməyə qədər məsələ uzadılacaq:

“Müstəntiq Nadir Mirzəyev Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin istintaq idarəsində fəaliyyət göstərir. İlkinin işi ilə bağlı da rayona təhkim olunmuşdu. Tovuz rayon istintaq qrupunun rəhbəri idi. Bir müddətdən sonra istintaq qrupunun rəhbərliyindən uzaqlaşdırıldı, baş müstəntiq oldu. İlkinin işi ilə məşğul olanların böyük əksəriyyəti onun günahsız olduğunu bilir. Lakin hər kəs susur. Bu işin arxasında dayananlar kimdirsə, məsələnin orataya çıxmasına icazə vermir”.

Adil Süleymanov qeyd edib ki, İlkinin Gəncədə olan vəkili 4 ildir ki, davam edən bir istintaq prosesindən sonra bir şəxsin işinə bəraət alıb. Onun sözlərinə görə, bu məsələnin indi olmasa da, bir müddətə öz həllini tapacağına, haqq və ədalətin bərpa olunacağına inanırıq: “İlkində də buna görə, bir qədər ümid hissi yaranıb. Ən pis halda Ali Məhkəməyə ümid edirik. Bu məsələnin geci-tezi var. Ədalət öz yerini tapacaq. Bu ədalətsizlik mütləq bir gün həll olacaq. Apellyasiya məhkəməsi bəraət verməzsə, Ali Məhkəməyə müraciət edəcəyik.

Əgər heç bir nəticə ala bilməsək, bu məsələni Avropa Məhkəməsinə verməyi düşünürük, amma istəyirik ki, ədalət öz ölkəmizdə bərpa olunsun”, – deyə Adil Süleymanov əlavə edib.

Referans.az xatırladır ki, 11 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan İ.Süleymanova CM-in 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3-cü (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. O, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini söyləyir.

Baş Prokurorluq İ.Süleymanovun işgəncə iddialarını təkzib edib və vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki