“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask Rusiya Prezidenti Vladimir Putini görüşə çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə o, tviter hesabında qeyd edib. Milyarder iş adamının paylaşımına bir saat ərzində minlərlə bəyənmə və şərh yazılıb.
Bundan sonra isə Mask Kremlin rəsmi hesabını da etiketləyərək “razısınızmı?” deyə yenidən tvit atıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk günündən İlon Mask Ukraynanın yanında olduğunu bildirib.