İran radioları hər gün sərhədi “pozur”: Necə mübarizə aparaq?

image-17backend

Azərbaycanın cənub bölgəsində İran radio tezliklərinin qəbul edilməsi uzun müddətdir ki, müzakirə olunan mövzulardan biridir.

Busaat.az xəbər verir ki, bu problem, sərhədyanı bölgələrdə İran radiostansiyalarının güclü yayımı və radiotezliklərin yayılma xüsusiyyətləri nəticəsində baş verir. Yüksək güclü antenalar sərhəd yaxınlığında yerləşdikdə, bu tezliklər asanlıqla Azərbaycan ərazisinə keçə bilir.

Nəticədə, Azərbaycan vətəndaşları öz yerli radiostansiyalarının əvəzinə İran radiostansiyalarını dinləməyə məcbur olurlar. Bu vəziyyət yalnız informasiya sahəsində qarışıqlıq yaratmır, həm də milli təhlükəsizlik baxımından müəyyən narahatlıqlara səbəb olur.

Bəs bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Busaat.az problemləri araşdırmaq məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, digər tezlik zolaqları kimi, televiziya və FM radio proqramlarının yayımlandığı müvafiq tezlik zolaqları da Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən daim nəzarətdə saxlanılır və mütəmadi ölçü-nəzarət işləri aparılır.

Qeyd edilib ki, hava şəraiti və relyefdən asılı olaraq, yayımlar qonşu ölkələrin müəyyən lokal ərazilərində qəbul edilə bilər. Bu hallar bütün dövlətlərin ərazilərində mövcuddur.

“Kənar yayımların respublika ərazisinə nüfuz dairəsinin minimuma endirilməsi ilə bağlı hansı işlər görülür” sualına cavab olaraq isə yerli yayımlara maneə yaratmaması istiqamətində qonşu dövlətlərin rabitə administrasiyaları ilə müvafiq işlərin aparıldığı diqqətə çatdırılıb.

“Aidiyyəti dövlətlərin rabitə administrasiyaları ilə ikitərəfli koordinasiya görüşləri keçirilir, müvafiq proqram təminatları vasitəsilə texniki təhlillər aparılır və bir sıra məsələlər öz həllini tapır. Bu tip yayımlar aşkar edildikdə mütləq şəkildə milli maraqlara, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının qərar və tövsiyələrinə uyğun olaraq aidiyyəti rabitə administrasiyalarına rəsmi şəkildə məktublar göndərilir, onların aradan qaldırılması üzrə birgə tədbirlər görülür”,- qurumdan sorğumuza cavabda vurğulanıb.

 

 

Qulu Məhərrəmli Report Media Məktəbində: “Xəbərdə yenilik olmalıdır”

Qulu Məhərrəmli: Bu yayımlarla bağlı tədbir görülməsi mütləqdir

Mövzuya bağlı Busaat.az-a danışan tanınmış jurnalist, professor Qulu Məhərrəmli isə radiogücləndirici qurğuların sayının artırılmasından söz açıb:

“Bu mövzu illərdir ki, müzakirə predmetidir. Əsasən, bu tip yayımlar gecə saatlarında həyata keçirilir. Bu barədə mütəxəssislər araşdırma aparmalıdır. İnformasiya təhlükəsizliyi strategiyasına uyğun olaraq bu tip radioyayımlarla bağlı tədbirlərin görülməsi mütləqdir. Hazırda İranda belə yayımların əngəlləməsi üçün sərhədboyu zonada 20-yə yaxın dalğaqovucu cihaz var. Belə cihazlardan istifadə etmək məqsədəuyğundur”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki