İran və Ermənistan İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətində və Meğri şəhərində “Araks-Meğri” birgə azad iqtisadi zonası yaradacaq.
Busaat.az xəbər verir ki, bunu İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə Ali Şurasının Katibliyinin Maliyyə Təşkilatları ilə İşin Koordinasiyası İdarəsinin rəhbəri Zöhre Bəhrebar bildirib.
“Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə Ali Şuranın katibliyinin gündəliyində İran və hədəf ölkələr arasında müştərək azad zonaların yaradılması var, biz bu məsələnin həyata keçirilməsinə xüsusi diqqət yetiririk və belə zonaların formalaşmasını davam etdiririk”, – Bəhrebar deyib.
Bəhrebarın sözlərinə görə, Araks Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin zonasında yerləşir və Mərkəzi Asiya ölkələrinin əksəriyyətini yaratmağa çalışır.
Busaat.az