İran Xəzər dənizində hərbi təlimlərə başladı

image-iranxezerbackend

İran Hərbi Dəniz Qüvvələri (HDQ)​ bu gün Xəzər dənizində “Dayanıqlı Təhlükəsizlik 2021” adlı hərbi təlimlərə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə İranın “Mehr News” agentliyi məlumat verib.

Hərbi təlimlər dənizdə kollektiv təhlükəsizliyi təşviq etmək, səlahiyyətlilərin himayəsi altında sülh və dostluq elan etmək, döyüş effektivliyini və döyüş hazırlığını artırmaq, dərin biliklərə yiyələnmək, təlim almaq, habelə gənc nəslə texniki bilikləri ötürmək məqsədilə keçirilir.

Qeyd edək ki, dəniz təlimlərinin təhlükəsizliyi hava qüvvələri və müdafiə bölmələri tərəfindən təmin ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90