İran yeni ballistik raketlərini və peyk daşıyıcısını nümayiş etdirdi

image-1backend
image-ad_qayo_720x110px

Tehranda İslam İnqilabının qələbəsinin 46-cı ildönümü, “Bəhmən 22” milli bayramı münasibəti ilə geniş mitinq keçirilib və bu aksiyada çoxlu sayda ballistik raketlər və yerli istehsal olan peyk daşıyıcısı nümayiş olunub.

Busaat.az xəbər verir ki , bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. 

Mitinq iştirakçılarının diqqəti xüsusilə “Xürrəmşəhr” və “Hac Qasem” ballistik raketləri, həmçinin “Omid” peyk daşıyıcısına yönəlib.

Xürrəmşəhr 2000 kilometr uçuş məsafəsinə malikdir və 1800 kiloqram ağırlığında bir neçə döyüş başlığı daşıya bilir.

“Haj Qasem” həm də “Fateh-110” dəqiq zərbə raketlərinin yeni nəsli kimi tanınır. O, 1400 km uçuş məsafəsinə malikdir və hava hücumundan müdafiə raket sistemlərini məhv edə bilir.

İran paytaxtında mitinq iştirakçıları 13 müxtəlif marşrut üzrə yürüş edərək prezident Məsud Pezeşkiyanın çıxış edəcəyi Azad (Azadlıq) meydanına çatıblar.

Elm, siyasət və digər sahələrin nüfuzlu simaları da daxil olmaqla yüzlərlə xarici qonaq, Tehranda və digər şəhərlərdə keçirilən kütləvi aksiyaları işıqlandırmaq üçün 7000-dən çox operator və jurnalist, o cümlədən 200 xarici jurnalist İrana səfər edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki