
İranda şok qalmaqal: Məşhur nüvə fizikini kim öldürüb?
Möhsün Fəxrizadə sui-qəsdində ölkə hərbçisinin əli olub
İranın silahlı qüvvələrinin üzvü ölkənin nüvə fizikası üzrə alimi, müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin qətlinə cəlb edilib.
Möhsün Fəxrizadə sui-qəsdində ölkə hərbçisinin əli olub
Bu barədə İran İslam Respublikasının Kəşfiyyat naziri Mahmud Ələvi Dövlət telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, kəşfiyyat orqanı alimə hazırlanan sui-qəsd haqqında məlumat əldə edib, ancaq bunun harada və nə vaxt baş verəcəyi məlum olmayıb. Nazirlik qətldən 5 gün əvvəl bu barədə müvafiq orqanlara məlumat verib.
“Sui-qəsd üçün ilk hazırlıq hərəkətləri ilə məşğul olan insan silahlı qüvvələrin üzvü idi”, – Ələvi IRIB TV2 telekanalının efirində deyib.























