İranda Süleymani ilə bağlı yürüşdə partlayış, 50 ölü – YENİLƏNİBVİDEO

image-iran1backend

Bu gün İranda xeyli insanın yaralanması ilə nəticələnən partlayış törədilib.

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yoldakı yürüş zamanı ardıcıl iki partlayış baş verib.

İlkin məlumata görə, 15 nəfər xəsarət alıb.

“Tasnim”in yaydığı məlumatda isə 30 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, bu gün İranın müxtəlif ərazilərində Qasım Süleymaninin öldürülməsinin ildönümü qeyd olunur.

Q. Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.

***

“RİA Novosti”nin məlumatına görə, partlayış nəticəsində azı 20 nəfər həlak olub.

***

Son məlumatlara görə, ölənlərin sayı 50 nəfərə çatıb.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki