İranın Qərbi Azərbaycan əyalətinə bağlı Xoy şəhərində baş verən zəlzələ nəticəsində 1 127 nəfərin yaralandığı bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə Təcili Yardım Agentliyinin sözçüsü Mücteba Halidi İran Dövlət televiziyasına açıqlamasında məlumat verib.
Məlumatda 10 km dərinlikdə baş verən zəlzələ nəticəsində 1 127 nəfərin yaralandığı açıqlanıb. Xəstəxanaya çatdırılan 116 yaralıdan 111-nin Xoyda, 5 nəfərin Səlmasda müalicə edildiyi, 71 nəfərin cərrahi əməliyyat keçirdiyi və 1 nəfərin reanimasiyada olduğu bildirilib.
Yerli saatla 03:51-də qeydə alınan 5,4 bal gücündə zəlzələ nəticəsində 50 ev tamamən dağılıb, təxminən 500 ev yararsız hala düşüb.
Qeyd edək ki, zəlzələ Van və Hakkaridə də hiss edilib.
Busaat.az