İranlı deputatlardan sərsəm BƏYANATLAR: Azərbaycan Prezidenti və Naxçıvan hədəf seçildi

image-586653d867b0a915a08178e9backend

 İranın bir qrup deputatı Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycandan kənarda yaşayan azərbaycanlıların ana dili və digər hüquqları ilə bağlı fikirlərinə reaksiya verib.

Busaat.az xəbər verir ki, bu barədə Millət vəkili Seyid Əlborz Hüseyni çıxış edib.

“Azərbaycan prezidenti türklərin yaşadığı ərazilərlə bağlı açıqlamalar verib. Mən təklif edirəm ki, onlar hansı ərazinin hansı ərazidən ayrıldığını düzgün qiymətləndirmək üçün Gülüstan müqaviləsinə nəzər yetirsinlər. Qonşu dövlətlərin ərazi bütövlüyü ilə bağlı bu fikirlər Azərbaycan prezidenti tərəfindən səsləndirilməməlidir. Əgər Gülüstan müqaviləsi olmasaydı, Azərbaycan İranın bir hissəsi olardı. İran Xarici İşlər Nazirliyi və Milli Məclisi bu sözlərə cavab verməlidir” – deyə, Hüseyni bildirib.

Deputat Məhəmməd Rza Mirtacuddini isə, Naxçıvanın ilhaqına çağırıb. Mirtacuddini bildirib: “Qeyd edək ki, Azərbaycan İrandan ayrılıb”. Deputat Mahmud Əhmədi Bighash isə, iki ölkə arasında yaşanan gərginliyə səbəb kimi Azərbaycanı işarə edib və Azərbaycanın İrana qarşı təcavüzkar davrandığını bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90