Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft93.58 $▼9.60%
  • WTI neft86.75 $▼9.45%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.942 $▲2.47%
  • Qızıl4 149 $▲4.60%
  • Gümüş53.25 $▲6.60%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda601.25 ¢▲1.35%
  • Bitcoin80 497 $▲0.08%
  • Ethereum2 424 $▲0.08%
  • S&P 5007 689▲1.59%
14°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Son dəqiqə

İş saatlarında dəyişiklik - Qrafik necə olacaq?

image-6df8bbcea1c3644e1aa1ccdf9a46584b_images-53
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir neçə gün əvvəl imzalanan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkil edilməsi nəzərdə tutulub.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Xəzər Xəbər”ə bildirib ki, bu cür tədbirlər tıxac probleminin həllinə kömək edə bilər.

Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Qərb ölkələrində olduğu kimi, dövlət, özəl və təhsil müəssisələrinin fərqli saatlarda işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər.

Sahib Məmmədov hesab edir ki, dövlət strukturlarında iş özəl sektorlara nisbətən daha tez başlamalıdır. Özəl sektorun da iş qrafikinə dəyişiklik edilməlidir. Əgər dövlət orqanlarında iş saat 08:00-da başlayacaqsa, özəl müəssisələrdə ən azı 1-2 saat gec tətbiq edilməlidir. Müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, tıxac problemi də həllini tapmış olar.

Ekspert qanunvericiliyə əsasən iş rejiminin gündəlik səkkiz saat olmasına da diqqət çəkərək qeyd edib ki, işin başlama və bitmə vaxtını işəgötürən müəyyən edir. Əks-təqdirdə bu, müəssisənin işinə müdaxilə olar. Bu məsələnin tənzimlənməsi üçün Nazirlər Kabineti dövlət sektoru üçün qərar verə bilər. Amma özəl müəssisələrə müdaxilə etmək düzgün deyil.

Sahib Məmmədov qeyd edib ki, iş saatlarının dəyişdirilməsi sayəsində şəhərdə işçilərin nəqliyyatla hərəkəti zamanlar üzrə bölünəcək. Bu da yollardakı sıxlığın aradan qaldırılmasına ciddi yardım göstərəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158142