İspaniyada uçuşlar ləğv olundu – Bir nəfər ölüb

image-1645806356backend

 İspaniyanın Kanar adaları başda olmaqla Mursiya, Valensiya, Balear adaları və Kataloniya bölgələrinə təsir edən fırtına və şiddətli yağış 1 nəfərin ölümünə səbəb olub.

Busaat.az xəbər verir ki, güclü yağış nəticəsində divarı uçan Mursiyada 62 yaşlı kişi həyatını itirib.

Sentyabrın 24-ü axşam saatlarından etibarən ölkədə hökm sürən pis hava şəraiti xüsusilə Kanar adalarında həyatı iflic edərkən, Qran Kanarya, Tenerife və Lanzarote adalarında ümumilikdə 671 uçuşun ləğv edilməsinə səbəb olub.

Rəsmi mənbələrdən bildirilib ki, “Hermin” adlı fırtına nəticəsində çox sayda ağac aşıb, avtomobillərə, əkin sahələrinə və evlərin birinci mərtəbələrinə ziyan dəyib.

Qeyd edək ki, səlahiyyətlilər sabahdan etibarən ölkə ərazisində davam edən tufan və güclü yağışın azalacağını açıqlayıb.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90